RU

Tehrandan sülhə yaşıl iş: "Hürmüz boğazını açmağa hazırıq"

İranın xarici işlər naziri Seyid Abbas Araqçı ölkəsinin Ali Milli Təhlükəsizlik Şurası adından rəsmi bəyanat yayaraq, hərbi əməliyyatların dayandırılması üçün şərtlərini açıqlayıb.

Nazir regional sülhün bərpasındakı səylərinə görə Pakistanın baş naziri Şahbaz Şərifə və ordu komandanı Asim Munirə təşəkkür edərək, ABŞ-ın 15 bəndlik təklifini və İranın 10 bəndlik planının danışıqlar üçün baza kimi qəbul olunmasını müsbət dəyərləndirdiklərini bildirib.

Musavat.com xəbər verir ki, İranın sülh planı iki əsas bənddən ibarətdir: əgər İslama Respublikasına qarşı hücumlar dayandırılarsa, İran silahlı qüvvələri də müdafiə əməliyyatlarını dayandıracaq. Eyni zamanda, texniki məhdudiyyətlər nəzərə alınmaqla, İran hərbçiləri ilə koordinasiyalı şəkildə Hürmüz boğazı vasitəsilə təhlükəsiz hərəkət iki həftə ərzində bərpa ediləcək. Bu addım illərdir davam edən regional gərginliyin diplomatik yolla həlli istiqamətində ən ciddi dönüş nöqtəsi hesab olunur.

 

Toğrul İsmayıl
Musavat.com

Избранный
38
musavat.com

1Источники