RU

Tehrandan QAÇIŞ BAŞLADI - Paytaxt sakini şimala köçür

Tehran sakinləri kütləvi şəkildə şəhəri tərk etməyə başlayıblar və qeyd olunur ki, müharibənin başlanğıcından bəri paytaxtda belə bir gərgin axın müşahidə edilməyib.

"New York Times"ın yaydığı məlumata görə, insanların əsas istiqaməti Xəzəryanı şimal əyalətləridir. Bu köçün əsas səbəbi isə ölkənin strateji əhəmiyyətli elektrik stansiyalarına hava zərbələrinin endirilə biləcəyi ilə bağlı yaranan ciddi narahatlıqlardır.

Musavat.com xəbər verir ki, Tehranın çıxış yollarında böyük tıxaclar yaranıb, insanlar mümkün infrastruktur böhranından qorunmaq üçün daha təhlükəsiz bölgələrə sığınmağa çalışırlar. Regionda gərginliyin artması paytaxtda qorxu və qeyri-müəyyənlik mühitini daha da dərinləşdirib.

Toğrul İsmayıl,
Musavat.com

Избранный
19
27
musavat.com

10Источники