İspaniyanın Qətərdəki səfirliyi vətəndaşlarına “ehtiyatlı olun” çağırışı edib.
İnterpress.az xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.
İspaniyanın Qətərdəki səfirliyi bu ölkədə yaşayan və olan vətəndaşlarına müraciət edərək, onları hazırlıqlı olmağa çağırıb.
Səfirlik vətəndaşlara su, qida və ilkin tibbi ləvazimatları ehtiyat etməyi məsləhət görüb.
Bu tədbirlərin məqsədi zərurət yarandığı təqdirdə vətəndaşların bir neçə gün ərzində evdən çıxmadan təhlükəsiz şəkildə yaşamalarını təmin etməkdir.
Xuraman Etibarlı
İnterpress.az