Azərbaycan Basketbol Liqasında (ABL) 2025/2026-cı illər mövsümünün pley-off mərhələsinə yüksələn sonuncu komandalar bəlli olub.
Arena.az xəbər verir ki, pley-in mərhələsinin ikinci görüşləri çərçivəsində bu gün “Lənkəran” “Gəncə”ni, “Sumqayıt” isə NTD-ni qəbul edib.
Lənkəran Olimpiya İdman Kompleksində baş tutmuş ilk görüş Gəncə təmsilçisinin 101:77 hesablı qələbəsi ilə başa çatıb.
Bu komandalar arasında keçirilmiş ilk görüşdə də “Gəncə” rəqibini üstələmişdi – 91:55. Bu nəticədən sonra Gəncə komandası növbəti mərhələdə mübarizə aparmaq hüququ əldə edib.
Sumqayıt Olimpiya İdman Kompleksində baş tutmuş digər görüş isə NTD-nin 95:88 hesablı qələbəsi ilə başa çatıb. Tərəflər arasında ilk görüşdə də NTD rəqibini üstələmişdi – 121:107. Bu nəticədən sonra komanda növbəti mərhələdə mübarizə aparmaq hüququ əldə edib.
Xatırladaq ki, daha əvvəl “Naxçıvan” və “Şəki” komandaları da Azərbaycan Basketbol Liqasının pley-off mərhələsinə yüksəlmişdilər.
Beləlikə, pley-offda “Sabah” – “Naxçıvan”, “Abşeron Lions” – “Şəki”, “Neftçi” – NTD və “Ordu” – “Gəncə” matçları keçiriləcək.
Qeyd edək ki, ABL-in cari mövsümünün reqlamentinə əsasən, seriyalarda ən tez iki qələbə qazanmış klublar yarımfinala vəsiqə qazanacaqlar.
