RU

Ərəblər neft problemini belə həll etdi

Dünyanın ən böyük neft ixracatçısı olan Səudiyyə Ərəbistanı, Hörmüz boğazının bağlanmasından sonra alternativ variantlara yönəlib. Metbuat.az xəbər verir ki, ərəblər Yanbu limanı vasitəsilə neft ixrac etməyə başlayıb. “Bloomberg”in məlumatına görə, Səudiyyə Ərəbistanının Şərq-Qərb neft kəməri layihəsi tam gücü ilə neft nəql edir. Tankerlərin nefti almaq üçün Qırmızı dənizdəki Yanbu limanına yönləndirildiyi bildirilir. Məsələ ilə tanış mənbələrə görə, Yanbu vasitəsilə xam neft ixracı gündə təxminən 5 milyon barelə çatıb.

Ərəbistan yarımadasının şərqindəki geniş neft yataqlarından sənaye liman şəhəri Yanbuya qədər uzanan boru kəmərinin uzunluğunun 1000 kilometrdən çox olduğu bildirilir.

Избранный
23
11
metbuat.az

10Источники