RU

Fars körfəzində Danimarka şirkətinə məxsus gəmi vurulub

Fars körfəzində Danimarka şirkətinə məxsus gəmi vurulub

Danimarkanın "Maersk" şirkəti tərəfindən fraxt edilmiş və Fars körfəzində olan konteyner gəmisi mərmi ilə vurulub.

AFN.az xəbər verir ki, bu barədə "Danmarks Radio" məlumat yayıb.

Gəmidə xəsarət alan yoxdur, bütün heyət üzvləri təhlükəsizlikdədir, lakin gəminin korpusu zədələnib. Hazırda mərminin haradan atıldığı məlum deyil.

"Qingdao Star" gəmisi müstəqil şəkildə hərəkət edə bilir və yoxlama aparılacaq növbəti limana doğru gedir.

Qeyd edək ki, martın ortalarında Hörmüz boğazı yaxınlığında "Maersk"in digər bir konteyner gəmisinə də mərmi qəlpələri düşmüşdü.

Избранный
23
afn.az

1Источники