RU

Qız qaçırma onlara baha başa gəldiVİDEO

Qız qaçırdılar, adam oğurluğuna görə məsuliyyətə cəlb olundular..

Xezerxeber.az xəəbər verir ki, aprelin 3-də Tovuz Rayon Polis Şöbəsinə 19 yaşlı qızın evlənmək məqsədilə zorla qaçırılması barədə məlumat daxil olub. Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin regional qrupundan bildirilib ki, müraciət əsasında Tovuz polisi hərəkətə keçib. Keçirilən tədbirlərlə xanımın yeri müəyyən edilərək ailəsinə təhvil verilib.

Adları çəkilən rayonun Əlibəyli kənd sakinləri kənddə qonaq olan 19 yaşlı qızı evlənmək məqsədi ilə qaçırıblar. Oğlanın ailə üzvləri bildirir ki, qızla oğlan bir-birilərini istəyib. Lakin qız tərəfinin narazılığına görə polisə müraciət olunub. Elə həmin gün də  tərəflər arasında razılıq əldə etmək üçün oğlan evi tərəfindən addımlar atılıb.

Qız qaçırıldıqdan sonra oğlan evinin adamları qızın nənəsi gilə xəbər veriblər. Nənə də deyir ki,  tərəflər arasında danışıqlar müsbət nəticə verib.

Qeyd edək ki, bu əməl Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə adam oğurluğu hesab olunur.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir. 

Избранный
21
xezerxeber.az

1Источники