RU

Son günlər çoxalan suçiçəyi xəstəliyi kütləvi hal alıb?VİDEO

Su çiçəyi xəstəliyinin alovlandığı bildirilir.

Xezerxeber.az-ın xəbərinə görə, Səhiyyə Nazirliyi Respublika Gigiyena və Epidemiologiya Mərkəzindən bildirilib ki, hazırda ölkə ərazisində uşaq və böyüklər arasında suçiçəyi xəstəliyinin yayılması ilə bağlı xəbərlər yayılıb. Lakin, hazırda ölkə üzrə xəstəliyin kütləvi yayılması halları müşahidə edilmir.

Mərkəzin Direktor müavini Samirə Nəcəfova bildirib ki, suçiçəyi əsasən bədəndə, üzdə və başın tüklü hissəsində yaranan qaşıntılı, içi maye dolu qırmızı qabarcıqlar, yüksək hərarət, yorğunluq, halsızlıq və iştahasızlıqla özünü göstərir. Səpkilər 3-4 gün ərzində mərhələli şəkildə artır və sonda qabıq bağlayaraq tökülür.

O da qeyd olunub ki, xəstəlik uşaqlarla müqayisədə böyüklərdə daha ağır gedişli keçə bilər.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir. 

Избранный
36
1
xezerxeber.az

2Источники