RU

AzTV-nin film studiyaları birləşdirilir

Yazını böyüt
Yazını kiçilt

Azərbaycan Televiziyasının “Sabah”, “Telefilm” və “Kino” studiyaları birləşdiriləcək.

Hafta.az xəbər verir ki, bu barədə apa-ya AzTV-nin Mətbuat xidmətindən bildirilib.

“QSC daxilində film istehsal edən 3 komanda var – “Sabah”, “Telefilm” və “Kino” studiyası. Hazırda QSC-nin strukturunun daha da təkmilləşdirilməsi, tamaşaçılara maraqlı kontent təqdim etmək istiqamətində növbəti addımlar atılır. Yaxın gələcəkdə müəyyən studiyaların birləşdirilməsi, daha kompakt idarəetmə sisteminin yaradılması nəzərdə tutulur. Bu məqsədlə bədii-sənədli filmlərin və tamaşaların istehsalı “Telefilm” adı altında birləşəcək” deyə, məlumatda qeyd olunub.

Qeyd edək ki, Xalq artisti Ramiz Həsənoğlu 36 ildir fəaliyyət göstərən “Sabah” studiyasının bağlanması ilə bağlı məlumat paylaşıb.

Избранный
19
14
hafta.az

10Источники