Bakı. Trend:
Türkiyənin "Beşiktaş" klubunun heyətində ciddi itki başverib.
Trend xariciKİV-ə istinadən xəbər verir ki, Vilfred Ndidi sıradan çıxıb.
Nigeriyalı yarımmüdafiəçi Super Liqanın 28-ci turunun"Fənərbaxça" ilə səfər matçında (0:1) zədələnib. 29 yaşlıfutbolçunun ayaq əzələsində gərilmə və qanaxma aşkarlanıb.
Qeyd edək ki, "Beşiktaş" Vİlfred Ndidini mövsümün əvvəlində"Lester Siti"dən transfer edib. Nigeriya millisinin üzvü "qaraqartallar"ın heyətində meydana çıxdığı 26 rəsmi matçda 2 qol və 1məhsuldar ötürmə ilə yadda qalıb.