RU

Diabet xəstələri üçün axşam hansı içkiləri içməlidir?

Redaktor.az saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

Diabetin ikinci tipi ilə yaşayan insanlar üçün axşam saatlarında bitki çaylarına üstünlük verilməsi tövsiyə olunur.

Redaktor.az xəbər verir ki, bu barədə diyetoloq Treysi Lokvud Bekerman “Eating Well” nəşrinə verdiyi açıqlamada bildirib.

Mütəxəssisin sözlərinə görə, darçınlı çay xüsusilə faydalı hesab olunur. Bəzi araşdırmalar göstərir ki, darçın tərkibindəki bioloji aktiv maddələr vasitəsilə qanda qlükoza səviyyəsinin azalmasına dolayı yolla təsir göstərə bilər. Darçının tərkibində darçın aldehidi, darçın turşusu, darçın spirti, kumarin və evgenol kimi komponentlər mövcuddur və bunlar karbohidrat mübadiləsinin müxtəlif mərhələlərinə təsir edə bilər.

Diyetoloq qeyd edib ki, şəkərsiz bitki çayları, o cümlədən çobanyastığı və lavanda çayları da uyğun seçimdir. Bu içkilər orqanizmin su balansını qorumağa kömək edir ki, bu da qanda şəkərin nəzarətdə saxlanılması üçün vacibdir. Susuzlaşma zamanı qanda qlükoza konsentrasiyası arta bilər.

Bekerman əlavə edib ki, axşam isti bitki çayı içmək həm də rahatlamağa və kortizol — stress hormonunun səviyyəsinin azalmasına kömək edir. Kortizolun yüksək olması orqanizmdə qlükoza istehsalını artıra bilər.

Mütəxəssis vurğulayıb ki, bu tövsiyələr dərman müalicəsini, sağlam qidalanmanı və fiziki aktivliyi əvəz etmir, yalnız dəstəkləyici tədbir kimi nəzərdə tutulur.

NURİYYƏ 

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Избранный
3
1
redaktor.az

2Источники