RU

"Turan Tovuz" doğma stadionuna qayıdır

style='margin-bottom:10px;'>

Peşəkar Futbol Liqası tərəfindən Tovuz şəhər stadionunun qazonunda aparılmış yenidənqurma işləri təftiş olunub. 

QOL.az PFL-ə istinadən xəbər verir ki, keçirilmiş test oyununun nəticələrinə əsasən "Turan Tovuz" klubunun ev oyunlarının Tovuz şəhər stadionunda həyata keçirilməsi qərara alınıb.

Beləliklə, 12 apreldə nəzərdə tutulmuş "Sumqayıt"a qarşı matçdan etibarən oyunlar Tovuz şəhər stadionunda keçiriləcək.

Qeyd edək ki, daha əvvəl klub ev oyunlarını Bakıdakı "Azərsun Arena"da və Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda keçirib.

Xatırladaq ki, cari mövsümdə meydançada yaranan problemlər səbəbindən "Turan Tovuz" ev oyunlarını Tovuzda keçirə bilməyib.

Избранный
10
2
teleqraf.com

10Источники