RU

Uşaq evinin sakinlərinin iştirakı ilə “Bahar mənəm” adlı tədbir keçirilib

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin 5 saylı Uşaq evi sosial xidmət müəssisəsinin sakinlərinin iştirakı ilə “Bahar mənəm” adlı tədbir təşkil edilib. 

QHT.az  Azərbaycan Respublikası Əmək Və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin verdiyi məlumata əsasən bildirir ki, Tədbir zamanı uşaqlar çiçəklər əkib, köhnə təkərlərdən istifadə edərək onları rəngləyib, maraqlı dekora çeviriblər. 

Müəssisə sakinləri həm birlikdə əyləncəli vaxt keçiriblər, həm də öz yaradıcılıq bacarıqlarını inkişaf etdirmək imkanı qazanıblar. 

Bu cür tədbirlər uşaqlarda özünəinamın artmasına və komandada işləmək vərdişlərinin formalaşmasına müsbət təsir göstərir. Eyni zamanda onların sosial reabilitasiyasına və cəmiyyətə inteqrasiyasına töhfə verir.

Избранный
9
1
qht.az

2Источники