RU

Eşqi Bağırov yeni müdir müavinləri təyin etdi

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdir müavini vəzifəsinə yeni təyinatlar olub.

Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən (MÜTDA) "Unikal"a verilən xəbərə görə, Agentliyin direktoru Eşqi Bağırovun müvafiq əmri ilə Fəttah Fəttayev və Turanə Məcidli BŞTİ-nin müdir müavini vəzifəsinə təyin ediliblər.

Fəttah Fəttayev və Turanə Məcidli kollektivə təqdim edilib.

Qeyd edək ki, bu təyinata qədər Fəttah Fəttayev Bakı şəhəri 214 nömrəli tam orta ümumtəhsil məktəbinin direktoru, Turanə Məcidli isə BŞTİ-nin Ümumi təhsilin təşkili sektorunun müdiri vəzifəsində çalışıblar.

Избранный
20
19
unikal.az

2Источники