AZ

Eşqi Bağırov yeni müdir müavinləri təyin edib

Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktoru Eşqi Bağırovun müvafiq əmri ilə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdir müavini vəzifəsinə təyin olunmuş Fəttah Fəttayev və Turanə Məcidli kollektivə təqdim edilib.

Bu barədə APA-ya MÜTDA-dan məlumat verilib.

Tədbirdə MÜTDA-nın direktoru Eşqi Bağırov, MÜTDA-nın direktor müavini, BŞTİ-nin müdiri vəzifəsini müvəqqəti icra edən Nərminə Hüseynova, MÜTDA-nın və İdarənin struktur bölmə rəhbərləri iştirak ediblər.

Tədbirdə Eşqi Bağırov yeni təyinat münasibətilə müdir müavinlərini təbrik edib, paytaxtın təhsil həyatında baş verən yeniliklərdən danışıb. E.Bağırov təhsilin inkişafı, təhsilin keyfiyyətinin artırılması məqsədilə reallaşdırılan tədbirləri nəzərə çatdıraraq yeni təyinatların paytaxt təhsilinin uğurlarının artırılmasına töhfə verəcəyinə inandığını bildirib.

Yeni müdir müavinləri onlara göstərilən etimada görə minnətdarlıqlarını ifadə edib, üzərlərinə düşən vəzifəni layiqincə yerinə yetirəcəklərini söyləyiblər.

Qeyd edək ki, bu təyinata qədər Fəttah Fəttayev Bakı şəhəri 214 nömrəli tam orta ümumtəhsil məktəbinin direktoru, Turanə Məcidli isə BŞTİ-nin Ümumi təhsilin təşkili sektorunun müdiri vəzifəsində çalışıblar.

Seçilən
0
19
apa.az

10Mənbələr