Bakı. Trend:
7 aprel tarixində Azərbaycan Respublikasının Baş naziri ƏliƏsədovun rəhbərliyi ilə İqtisadi Şura və Azərbaycan İnvestisiyaHoldinqinin Müşahidə Şurasının birgə iclası keçirilib.
Bu barədə Trend-ə Nazirlər Kabinetindən məlumat verilib.
Bildirilib ki, iclasın gündəliyində Azərbaycanda neft-qaz vəneft-kimya sənayesinin strateji inkişafı, o cümlədən, neft emalı vəneft-kimya ilə bağlı strateji məqsədlər, gələcək inkişafperspektivləri, uzunmüddətli dövrə neft məhsullarına ölkə daxilitələbatın dayanıqlı təmin olunması və digər cari məsələlər ətraflımüzakirə olunub.
Gündəlikdə olan məsələ ilə bağlı SOCAR-ın prezidenti RövşənNəcəf təqdimatla çıxış edib.
İclasda İqtisadi Şuranın və AİH-in Müşahidə Şurasının üzvləri vədəvət olunanlar AİH-nin İdarə Heyətinin sədri və Baş icraçıdirektoru iştirak ediblər.
İclasın yekununda müvafiq qərarlar qəbul olunaraq AİH-in İdarəHeyətinə, SOCAR və aidiyyəti qurumlara tapşırıqlar verilib.