RU

Qazaxıstanın nazir müavini: Gənclərin potensialının inkişaf etdirilməsi əməkdaşlığımızın təməlidir

Bakı, 7 aprel, AZƏRTAC

Həm Qazaxıstan, həm də Azərbaycan istedadlı gəncləri ilə fəxr edir. Bu gün gənc nəslin potensialından və peşəkar jurnalist icmasının təcrübəsindən istifadə edərək dövlət başçılarının təşəbbüslərini irəli aparmaq vacibdir. Bu sahədə sıx əməkdaşlıq etməyə hazırıq.

Bu fikirləri Qazaxıstan Respublikasının mədəniyyət və informasiya nazirinin müavini Rüstəm Əli AZƏRTAC-a müsahibəsində ifadə edib.

O əlavə edib: “Təcrübə mübadiləsi və gənclərin potensialının inkişaf etdirilməsi əməkdaşlığımızın əsasını təşkil edir”.

Nazir müavini xarici işlər nazirinin rəhbərlik etdiyi Qazaxıstan nümayəndə heyətinin Bakıda üçgünlük səfərdə olduğunu qeyd edib. Səfər proqramına xəbər agentliklərinin, dövlət qurumlarının və ixtisaslaşmış media strukturlarının rəhbərləri ilə görüşlər daxildir.

Onun sözlərinə görə, medianın inkişafına, süni intellekt texnologiyalarının tətbiqinə və iki ölkə arasında informasiya sektorunda əməkdaşlığın genişləndirilməsinə xüsusi diqqət yetirilir. Rüstəm Əli, həmçinin Qazaxıstan nümayəndə heyətinin Bakıda səmimi ab-havada qarşılandığı vurğulayıb.

Qazaxıstan Respublikasının mədəniyyət və informasiya nazirinin müavini əlavə edib: “Hələ şəhərlə yaxından tanış olmamışam, amma artıq isti havanı, həmkarlarımın və dostlarımın mehriban münasibətini qeyd edə bilərəm. Azərbaycan həmişə yaxın və doğma ölkə təəssüratı yaradıb. Əminəm ki, bu səfərdən sonra yenidən Bakıya qayıtmaq istəyəcəyəm”.

Müxbir – Pərvanə Qafarova
Foto – Tofiq Babayev
Video – Namiq Abdullayev
Избранный
25
2
azertag.az

3Источники