Paytaxtın Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Gəray Əsədov küçəsində fərdi yaşayış evinin çökməsi nəticəsində dağıntılar altında qalaraq xəsarət alan 1996-cı il təvəllüdlü Hüseynova Günel Etibar qızının vəziyyəti açıqlanıb.
Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinin və Sabunçu Tibb Mərkəzindən Musavat.com-un sorğusuna cavab olaraq bildirilib ki, 07.04.2026-cı il tarixində saat 03:20 radələrində Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə Bakı şəhəri, Sabunçu rayonu, G.Əsədov küçəsindən çağırış daxil olub. Çağırış ünvanına təcili tibbi yardım briqadası cəlb olunub.
“Təcili tibbi yardım briqadası tərəfindən 31 yaşlı şəxs (qadın) Sabunçu Tibb Mərkəzinə hospitalizasiya olunub. Döş qəfəsinin əziyi diaqnozu təyin edilən pasiyentə zəruri tibbi xidmətlər göstərilib. Vəziyyəti qənaətbəxş qiymərləndirilən şəxs ambulator müalicə üçün evə buraxılıb”, - məlumatda qeyd olunub.
Şahanə Rəhimli
Musavat.com