RU

Əliyar Ağayevin ilk cəzası bilindi. Bəs sonra?

ain.az, Footbal-plus portalına istinadən məlumat yayır.

Bilindiyi kimi, ölkə kubokunun yarımfinal mərhələsinin ilk oyunları çərçivəsində “Zirə”ni qəbul edən “Turan Tovuz” baş hakim Əliyar Ağayevin yanlış qərarlarının güdazına getdi. Artıq AFFA Hakimlər Komitəsinin sədri Rəhim Həsənov FİFA referisinin “bozqurd”un lehinə iki penalti təyin etməli olduğunu, “qartallar”ın futbolçuları Ruan Renatoyla Qismət Alıyevin sarı vərəqəsinin verilmədiyini bildirib.İndi hamını maraqlandıran məqam Əliyar Ağayevə hansı cəzanın veriləcəyidi. O başqa məsələ ki, ədalət təmsilçisi artıq ilk sanksiyayla üzləşib.“Football-plus.az”ın məlumatına görə, AFFA Misli premyer-liqasının 26-cı turunun “Qarabağ” – “Karvan-Yevlax” oyunuyla bağlı təyinatları açıqlayarkən Əliyar Ağayevin bu oyunda VAR hakiminin köməkçisi kimi çalışacağını bildirmişdi. Lakin dünən keçirilən görüşdə həmin vəzifəni Tural Qurbanov yerinə yetirdi. Onu da bildirək ki, həmin təyinat xəbərinə sonradan həm AFFA-nın, həm də PFL-in saytında düzəliş edilib.Əlbəttə, “fit sahibi”nin yeganə cəzası bu olmayacaq. Böyük ehtimalla, Ağayevi daha bir neçə turda iş başında görməyəcəyik.Yeri gəlmişkən, eyni aqibətlə sözügedən oyunun VAR hakimi Cavid Cəlilov da üzləşib. Belə ki, o, bu gün keçirilən “İmişli” – “Turan Tovuz” oyununun baş hakimi olmalıydı. Lakin sonradan matç Rəvan Həmzəzadəyə həvalə olundu.KƏNAN BAHADIR

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Избранный
5
1
icma.az

2Источники