RU

Britaniyadan Xamenei iddiası: O, huşsuz vəziyyətdə müalicə alır

Britaniyanın "The Times" qəzeti diplomatik mənbələrə istinadən iddia edir ki, İranın Ali Lideri Xamenei "Qumda huşsuz vəziyyətdə müalicə alır".

Turkustan.az xəbər verir ki, hesabatda Xameneinin ölkəni idarə etmək üçün vəziyyətdə olmadığı irəli sürülüb.

Britaniyanın "The Times" qəzetinin diplomatik mənbələrə istinadən verdiyi məlumata görə, ABŞ və İsrail kəşfiyyatının qiymətləndirmə qeydinə əsasən, Xameneinin İranın Qum şəhərində müalicə aldığı və ölkəni idarə etmək üçün uyğun vəziyyətdə olmadığı iddia edilir.

Xəbərdə bildirilir ki, Körfəz ölkələri ilə də paylaşılan qeyddə "huşsuz olan Mojtaba Xamenei ciddi səhhətinə görə Qumda müalicə alır və qərar qəbuletmə proseslərində iştirak edə bilmir" iddiası irəli sürülüb.

Aytən Yaşar/ Turkustan.az

Избранный
22
turkustan.az

1Источники