Azərbaycanda bələdiyyələrin büdcə gəlirləri 2025-ci ildə əvvəlki illə müqayisədə təxminən 3.3 milyon manata (5.2%) yaxın artaraq 65.6 milyon manatı keçib.
Bu barədə "Far.Az"a Ədliyyə Nazirliyindən məlumat verilib.
Bildirilib ki, 2025-ci il üzrə yerli büdcələrə vergilərdən daxilolmalar əvvəlki illə müqayisədə 7.2 milyon manat (26.5%) çox olub.
Ümumi yerli büdcə gəlirlərinin 35.3%-ni təşkil etmiş Bakı bələdiyələri üzrə gəlirlər əvvəlki illə müqayisədə 16.4% artaraq 23 milyon manatı ötüb.
Qeyd edək ki, yerli özünüidarəetmə institutuna dövlət qayğısının təzahürü olaraq ötən il bələdiyyələrə dövlət büdcəsindən 7.5 milyon manata yaxın dotasiya və subvensiya ayrılıb.