RU

SON DƏQİQƏ! ABŞ və İsrail Xarq adasına hücuma başladı – VİDEO

ABŞ və İsrail İranın Xarq adasına hücum edib.

Bizim.Media xəbər verir ki, bu barədə “Mehr” agentliyi məlumat yayıb.

“Amerika-sionist düşmən Xarq adasına bir neçə hücum həyata keçirib və adada bir neçə partlayış səsi eşidilib”, - məlumatda qeyd olunub.

Xatırladaq ki, bir müddət əvvəl ABŞ prezidenti Donald Tramp İran Hörmüz boğazını açmasa, Xarq adasındakı neft infrastrukturunu məhv etməklə hədələmişdi.

Məlumat üçün bildirək ki, Xarq adası İran üçün son dərəcə strateji əhəmiyyət daşıyır.

Fars körfəzində, İranın materik hissəsindən təxminən 30 kilometr aralıda yerləşən bu ada ölkənin ən böyük neft ixrac terminalının yerləşdiyi məkandır.

İranın xam neft ixracının təxminən 90 faizi məhz bu adadakı terminallar vasitəsilə həyata keçirilir.


Bizim.Media

Избранный
14
1
bizim.media

10Источники