RU

ABŞ Xark adasında hərbi obyektlərə zərbələr endirib

Hava hücumlarının bunker və strateji infrastruktur obyektlərini hədəf aldığı bildirilir...

ABŞ qüvvələri İranın Xark adasında yerləşən hərbi obyektlərə və bunkerlərə hava zərbələri endirib.

Poliqon xəbər verir ki, bu barədə “Shia News” portalı məlumat yayıb.

Məlumata görə, hücumlar əsasən hərbi infrastrukturun mühüm elementlərinə yönəlib və strateji əhəmiyyət daşıyan obyektlər hədəf alınıb. Xark adası İranın enerji və hərbi baxımdan vacib nöqtələrindən biri hesab olunur.

Hazırda zərbələrin miqyası və nəticələri barədə dəqiq məlumatlar açıqlanmayıb. Rəsmi Tehran tərəfindən hadisə ilə bağlı geniş açıqlama verilməyib.

Ekspertlər qeyd edirlər ki, Xark adasına edilən hücumlar regionda gərginliyin daha da artmasına səbəb ola bilər. Çünki ada həm neft ixracı, həm də hərbi-logistik baxımdan İran üçün kritik əhəmiyyət kəsb edir.

Analitiklərin fikrincə, belə hücumlar qarşılıqlı zərbələrin intensivləşməsi riskini artırır və Yaxın Şərqdə vəziyyəti daha da mürəkkəbləşdirir.

Poliqon.info

Избранный
52
poliqon.info

1Источники