RU

Məhkəmə "Qurtuluş" Reabilitasiya Mərkəzinin rəhbəri və iki əməkdaşı barəsində qərar verdi

BAKI, 7 aprel. TELEQRAF

"Qurtuluş" Reabilitasiya Mərkəzinin rəhbəri rəhbəri Ceyhun Salmanov, əməkdaşları - Elşad Məhərrəmov və Natiq Əliyevin barəsində seçilmiş həbs qətimkan tədbirinin müddəti uzadılıb.

Teleqraf xəbər verir ki, bu barədə Sumqayıt Şəhər Məhkəməsi prosessual rəhbərliyi həyata keçirən prokurorun təqdimatı və istintaq orqanının vəsatəti əsasında qərar qəbul edib.

Məlumata görə, hər üç şəxsin barəsində seçilmiş həbs qətimkan tədbirinin müddəti iki aya qədər artırılıb.

Qeyd edək k, mərkəzinin rəhbəri Ceyhun Salmanov, əməkdaşları - Elşad Məhərrəmov və Natiq Əliyevin barəsində Cinayət Məcəlləsinin 145.2.1 və 145.2.4-cü (adam oğurluğu ilə bağlı olmayan qanunsuz azadlıqdan məhrum etmə qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən iki və ya daha çox şəxsə qarşı törədildikdə) maddələri ilə ittiham elan edilib.

Избранный
43
1
teleqraf.com

2Источники