RU

ABŞ vitse-prezidenti Macarıstana səfər edib

ABŞ-ın vitse-prezidenti Cey Di Vens Macarıstana səfər edib.

Bu barədə “24.hu” məlumat yayıb.

ABŞ vitse-prezidentini hava limanında Macarıstanın xarici işlər naziri Peter Siyarto qarşılayıb.

XİN rəhbəri "Facebook"da yayımladığı video müraciətdə Vensin səfərini Budapeşt və Vaşinqton arasında münasibətlərdə “qızıl dövrün” başlanğıcı kimi qiymətləndirib.

Qeyd edək ki, Vens Macarıstana səfər edən ilk ABŞ vitse-prezidentidir.

Amerikalı rəsminin səfəri parlament seçkilərinə bir neçə gün qalmış baş tutur.

Избранный
18
5
apa.az

6Источники