RU

2030-cu ilə qədər qızıl istehsalı 125 tona çatacaq



Orta Asiyanın ən böyük qızıl istehsalçısı olan Nəvai Mədən və Metallurgiya Kombinatı 2030-cu ilə qədər illik qızıl istehsalını 125 tona, gümüş istehsalını isə 200 tona çatdırmağı planlaşdırır.

Newscenter.az RİA Novosti-yə istinadən bildirir ki, bu barədə hökumətin investisiya cəlbi, sənaye inkişafı və ticarətin tənzimlənməsi komissiyasına istinadən məlumat yayılıb.

Bu məqsədlərə çatmaq üçün qurumda mərhələli şəkildə böyük investisiya layihələri həyata keçirilir.

Nəvai Mədən və Metallurgiya Kombinatının rəsmi məlumatlarına görə, kombinat 2025-ci ildə 98,2 ton qızıl istehsal edib ki, bu da bir il əvvəlkindən 2,1% çoxdur. Həmçinin, 2025-ci ildə müəssisə 135,6 trilyon sum dəyərində məhsul istehsal edib və investisiya proqramı çərçivəsində 561 milyon dollar sərf edilib.

Komissiyanın məlumatına görə, istehsalın artmasında əsas amillər Muruntov yatağının işlənməsinin növbəti mərhələləri, hidrometallurgiya güclərinin genişləndirilməsi, eləcə də Kokpatas və Dovgiztov yataqlarında istehsal həcminin artırılmasıdır.

Eyni zamanda, Prezidentin Ali Məclisə müraciətində Nəvai qızıl yataqlarında yeni layihələrin, Muruntov yatağının növbəti mərhələsinin başlanması və ölkənin qızıl istehsalını 2030-cu ilə qədər 175 tona çatdırmaq üçün gümüş yataqlarında əsas təşəbbüslərin həyata keçirilməsi planı da qeyd olunub.

Qeyd edək ki, NKMK qızıl istehsalına görə dünyada dördüncü yerdədir. Son illərdə zavodun qiymətli metal istehsalı ildə təxminən 100 ton təşkil edib.

Süleyman
Избранный
27
1
newscenter.az

2Источники