Sportal.az portalından verilən məlumata əsasən, ain.az bildirir.
"Biz də hər şeyi yaxşı başa düşürük. "Zirə"yə məğlubiyyətdən maksimum nəticə çıxararaq, yolumuza davam edəcəyik. Bunu müsbət tərəfə çevirəcəyik. İşləməyə davam edirik. Mövsüm davam edir, liqada və kubokda da mübarizə aparırıq. Futbolda hər şey mümkündür. Mümkünsüz heç nə yoxdur. Biz əlimizdən gələni edəcəyik ki, mərhələni keçən tərəf biz olaq. Şanslarımız yenə də bərabərdir. Hər şey qarşıdakı 90 və ya 120 dəqiqədə bilinəcək. Zamanla hər şeyin necə olacağına baxacağıq".
Bu sözləri Sportal.az saytına açıqlamasında "Turan Tovuz"un kapitanı Faiq Hacıyev deyib. O, komandasının ölkə kubokunun yarımfinal mərhələsinin "Zirə"yə qarşı ilk matçındakı məğlubiyyətini şərh edib.
Bununla yanaşı, Hacıyev Tovuz klubunun bu gün Misli Premyer Liqasının 26-cı turunda "İmişli"yə qarşı keçirəcəyi matçdan gözləntilərini bildirib:
"Doğrudur, biz də başa düşürük ki, bu gün oynayacağımız səfər stadionun vəziyyəti qənaətbəxş olmayacaq. Buna da hazır olmalıyıq. Çünki özümüz də bunu düşünmüşük, danışmışıq aramızda. İstənilən halda, biz qələbə qazanmaq üçün əlimizdən gələn hər şeyi edəcəyik. İnanıram ki, hər şey yaxşı alınacaq. Avrokuboklara vəsiqə verən yer uğrunda mübarizə aparacağıq. İşimiz asan deyil, bunu yaxşı anlayırıq. Çünki rəqiblərimiz də üçüncü yer uğrunda mübarizə aparır. Biz də bu yerə layiq olduğumuzu göstərməyə çalışacağıq. Həqiqətən də yaxşı komandayıq. Bunu meydanda da göstəririk. Növbəti görüşlərdə yenidən qələbə qazanmağa çalışacağıq".
Mirbağırağa
saytlarin hazirlanmasi
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.