RU

Panamadakı Amerika Körpüsündə partlayış baş verib - 1 nəfər ölüb, 2 nəfər yaralanıb

Panama şəhərindəki Amerika Körpüsündə yanacaq daşıyan yük maşınında partlayış baş verib.

Missiya.Az "TRT Haber"ə istinadən xəbər verir ki, bu barədə yerli media məlumat yayıb.

Alovların körpüdən keçən nəqliyyat vasitələrinə çatdığı dəhşətli anlar təhlükəsizlik kameraları tərəfindən lentə alınıb və ilkin məlumatlara görə, hadisə nəticəsində bir nəfər ölüb, iki nəfər yaralanıb.

Körpünün müvəqqəti olaraq nəqliyyatın hərəkəti üçün bağlanmasına səbəb olan qəzanın səbəbini müəyyən etmək üçün ətraflı araşdırma başlanılıb.

İlahə Qənbərli

Missiya.Az

Избранный
20
missiya.az

1Источники