RU

ADNSU Almatıda keçirilən “Study in Azerbaijan” sərgisində yüksək səviyyədə təmsil olundu

BAKI, 7 aprel. TELEQRAF

7–8 aprel tarixlərində Qazaxıstanın Almatı şəhərində yerləşən Əl-Farabi adına Qazax Milli Universitetində keçirilən “Study in Azerbaijan” beynəlxalq təhsil sərgisində Azərbaycan Dövlət Neft və Sənaye Universiteti (ADNSU) yüksək səviyyədə təmsil olunub.

Teleqraf xəbər verir ki, sərgi çərçivəsində Azərbaycan Respublikasının elm və təhsil naziri Emin Əmrullayev və Qazaxıstan Respublikasının elm və ali təhsil nazirinin müavini Talqat Yeşenkulov akademik mobillik proqramı çərçivəsində Qazaxıstanda təhsil alan ADNSU tələbələri ilə görüşərək onların təhsil prosesi ilə maraqlanıblar.

Sərgidə ADNSU-nu Əcnəbi tələbələrlə iş şöbəsinin müdiri Səbinə Əliyeva, həmin şöbənin baş mütəxəssisi İlhamə Osmanova və İctimai əlaqələr və marketinq şöbəsinin müdiri Xülya Sabirli təmsil ediblər. Universitet nümayəndələri Qazaxıstanın müxtəlif universitetlərindən gələn tələbə və məktəblilərə ADNSU-nun təhsil imkanları barədə ətraflı məlumat verib, məlumatlandırıcı çap materialları və hədiyyələr təqdim ediblər.
Eyni zamanda, akademik mobillik proqramı çərçivəsində Qazaxıstanın Satbayev Universitetində bir semestrlik təhsil alan 29 ADNSU tələbəsi sərgidə iştirak edərək universitetin beynəlxalq mühitdə fəal təmsil olunmasına töhfə veriblər.
Sərgi müddətində ADNSU-nun təhsil imkanları, beynəlxalq proqramları və tələbə həyatı ilə bağlı məlumatlar ziyarətçilərə təqdim olunub.

Избранный
21
4
teleqraf.com

5Источники