RU

Ukrayna əraziləri geri qaytarır, Rusiya zəifləyir...

Axar.az saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

Ayrı-ayrı istiqamətlərdə Ukraynanın işğal olunmuş əraziləri geri qaytarmaq və həmin bölgələrdə nəzarəti təmin etmək cəhdləri ilk növbədə cəbhədə vəziyyətin dəyişməsi ilə bağlıdır. Belə ki, Ukraynanın müdafiə potensialı artıb, Rusiyanın isə genişmiqyaslı hücum imkanları xeyli məhdudlaşıb.

Bu sözləri Axar.az-a açıqlamasında Oqtay Qasımov Ukraynanın cəbhədə irəliləməsi və Rusiyanın hücum potensialının zəifləməsi haqqında danışarkən deyib.

Onun sözlərinə görə, bunu hər hansı ciddi strateji dəyişiklik kimi qiymətləndirmək doğru olmazdı:

“Müharibə 2022-ci ilin sonlarından etibarən daha çox “sürünən müharibə” mərhələsinə keçib və aşağı intensivliklə davam edir. Rusiya bu əraziləri böyük itkilər hesabına əldə edib və hazırda onları qorumağa çalışır. Mövcud vəziyyət göstərir ki, Rusiyanın hücum potensialı əvvəlki dövrlərlə müqayisədə xeyli zəifləyib. Bunun əsas səbəblərindən biri müharibənin ilk ilində Rusiyanın elit hərbi birləşmələrinin ciddi itkilər verməsidir. Hazırda döyüşlərdə zəif hazırlıqlı qüvvələrin, o cümlədən məhkumların iştirakı hücum imkanlarını məhdudlaşdırır. Sanksiyalar da Rusiyanın iqtisadi imkanlarını zəiflədərək müharibəni yüksək intensivlikdə davam etdirməyə mane olur”.

O qeyd edib ki, mövcud vəziyyətdə hər iki tərəf çətinliklərlə üzləşir:

“Yaxın Şərqdə, xüsusilə İran ətrafında gərginliyin artması qlobal diqqəti Ukraynadan yayındırır, bu isə Qərbin dəstəyinə təsir göstərə bilər. Həmçinin hava hücumundan müdafiə sistemlərinin tədarükündə gecikmələr Ukrayna üçün risk yaradır.

Digər tərəfdən, enerji bazarında qiymət artımı Rusiyanın gəlirlərini yüksəldərək ona müəyyən üstünlük verə bilər. Buna baxmayaraq, Ukrayna hazırda mümkün qədər çox ərazini azad etməyə və nəzarəti gücləndirməyə çalışır ki, bu da gələcək danışıqlarda mövqeyini gücləndirə bilər”.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Избранный
4
1
axar.az

2Источники