RU

İsrail Xameneini HUŞSUZ vəziyyətdə tapdı, Moskva İran-ABŞ müharibəsinə girdi – TV Musavat – Canlı debat 

İranın Ali Lideri Müctəba Xamenei huşsuz vəziyyətdədir və müalicə alır.

Publika.az xəbər verir ki, bu barədə "The Times" qəzeti mənbələrə istinadən məlumat yayıb.

Nəşr, Amerika və İsrail kəşfiyyatına əsaslanan və Fars körfəzindəki müttəfiqlərinə ötürülən diplomatik memorandumu araşdırıb.

Məqalədə deyilir: "Müctəba Xamenei Qumda ağır vəziyyətdədir, müalicə alır və rejimin heç bir qərar qəbul etməsində iştirak edə bilmir".

Material müəllifləri həmçinin qeyddə ilk dəfə olaraq Müctəba Xameneinin yerləşdiyi yerin - Tehrandan 130 kilometr cənubda yerləşən Qum şəhərinin göstərildiyini qeyd ediblər.

Nüfuzlu Reuters agentliyinin yaydığı eksklüziv məlumat regionda müharibənin miqyasını daha da genişləndirən ciddi iddiaları ortaya qoyur.

Musavat.com xəbər verir ki, Ukrayna kəşfiyyatının hazırladığı qiymətləndirməyə əsasən, Rusiya son həftələrdə Yaxın Şərqdə yerləşən ABŞ hərbi bazaları və digər strateji obyektlər üzərində genişmiqyaslı peyk müşahidələri həyata keçirib.

Bu müşahidələrin əsas məqsədinin İranın ABŞ qüvvələrinə və digər hədəflərə daha dəqiq zərbələr endirməsinə kömək etmək olduğu bildirilir.

Məlumata görə, təkcə martın son ongünlüyündə Rusiya peykləri regionun ən azı 11 ölkəsində yerləşən 40-dan çox hərbi və strateji obyekt üzrə onlarla yüksək dəqiqlikli görüntü toplayıb.

Bu obyektlər arasında ABŞ-ın Səudiyyə Ərəbistanındakı əsas bazaları da yer alıb və həmin hədəflər sonradan İran tərəfindən hücuma məruz qalıb.
Kəşfiyyat məlumatlarında qeyd olunur ki, bu peyk məlumatları İranın raket və pilotsuz aparat hücumlarının dəqiqliyini əhəmiyyətli dərəcədə artırıb. Hətta bəzi hücumların məhz bu görüntülər əsasında planlaşdırıldığı ehtimal edilir.

Gündəmdəki bir çox xəbərləri bu gün saat 13.00-də aparıcı Sevinc Telmanqızının təqdimatındakı “Xəbər Vaxtı” verilişində müzakirə edəcəyik. Müzakirədə tamaşaçılaırmız da iştirak edə bilər.

Youtube səhifəsinin ünvanı: https://www.youtube.com/results?search_query=tv+musavat

Избранный
10
musavat.com

1Источники