RU

Hindistanda yarmarkada faciə

ain.az, 525.az portalına istinadən məlumat yayır.

Hindistanın Uttar-Pradeş ştatında yarmarkada "Şeytan çarxı" insanların üzərinə aşıb.

525.az xarici KİV-ə istinadən xəbər verir ki, hadisə Kuşinaqar ştatının Bhainsaha kəndində baş verib.

Azı 30 nəfər müxtəlif dərəcəli bədən xəsarətiləri alıb.

18 metr hündürlüyü olan çarx 2 dövrə etdikdən sonra yıxılıb. Bu zaman ətrafda 80-ə yaxın adam olub. Polis  dərhal xilasetmə işlərinə başlayıb. Hadisə yerinə az sonra 6 təcili tibbi yardım briqadası gəlib. Yaralılar xəstəxanaya yerləşdirilib. Aralarında vəziyyəti ağır olanlar var.

Qeyd edək ki, faktla bağlı araşdırma başlanılıb. Qəzanın səbəbləri hələlik bəlli deyil.

L.Tağıyeva

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Избранный
27
525.az

1Источники