RU

Maşında nəzarətsiz qalan uşaqlar faciəyə səbəb oldu Bir qadın öldü, digəri yaralandı

Demokrat.az saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

Baş DYP İdarəsi dünən Bakıda qadının ölümü ilə nəticələnən yol qəzası ilə bağlı müraciət yayıb.Demokrat.az xəbər verir ki, İdarənin məlumatında hadisəyə parklanma zamanı sürücü səhlənkarlığının səbəb olduğu bildirilib.Qeyd edilib ki, atasına məxsus avtomobildə nəzarətsiz qalan iki azyaşlı nəqliyyat vasitəsini hərəkətə gətirib:“Xətai rayon sakini İlham Qasımov “VAZ” markalı avtomobili yaşadığı evin qarşısında, sərt enişli ərazidə, qapıları açıq vəziyyətdə saxlayaraq oradan uzaqlaşıb. Bu vaxt onun 7 və 6 yaşlı övladları avtomobilə əyləşərək sürətlər qutusuna müdaxilə ediblər.Nəticədə avtomobil hərəkətə gəlib. Uşaqlar nəqliyyat vasitəsindən düşməyə imkan tapsalar da, eniş istiqamətində sürət yığan avtomobil yolda olan iki qadını vurub. Hadisə zamanı piyadalardan biri xəsarət alıb, digəri isə həyatını itirib”.DYP-nin müraciətində sürücülərin diqqətli olmasının vacibliyi vurğulanıb:“Bu hadisə göstərir ki, nəqliyyat vasitəsinin saxlanılması zamanı təhlükəsizlik tələblərinə əməl olunmaması ağır nəticələrə səbəb olur. “Yol hərəkəti haqqında” Qanunun tələblərinə uyğun olaraq, enişli yolda saxlanılan avtomobilin duracaq tormoz sistemi qoşulmalı, təkərlər təhlükəsiz istiqamətə çevrilməli, nəqliyyat vasitəsi isə qapıları kilidli vəziyyətdə tərk edilməlidir.Əgər həmin avtomobildə bu sadə, lakin həyati əhəmiyyət daşıyan təhlükəsizlik tədbirləri görülmüş olsaydı, bu gün iki ailə ağır faciə ilə üz-üzə qalmazdı. Bu baxımdan, sürücülərdən məsuliyyətli davranmaları və qanunvericiliyin tələblərinə ciddi riayət etmələri tələb olunur”.

Demokrat.az

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Избранный
2
36
demokrat.az

10Источники