RU

Rusiyada məktəbdə insident baş verib

Rusiyanın Perm diyarının Dobryanka şəhərində məktəbdə baş verən bıçaqlı hücum nəticəsində müəllim həyatını itirib.

AzEdu.az xəbər verir ki, hadisə aprelin 7-də məktəbin giriş hissəsində qeydə alınıb.

Məlumata görə, 9-cu sinif şagirdi olan 17 yaşlı yeniyetmə rus dili və ədəbiyyat müəlliminə bir neçə dəfə bıçaq zərbəsi endirib. 1970-ci il təvəllüdlü müəllim ağır vəziyyətdə xəstəxanaya çatdırılsa da, həkimlərin səylərinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.

Bildirilir ki, hadisə zamanı məktəbdə “Sağlamlıq Günü” çərçivəsində tədbir keçirilirmiş və müəllim şagirdlərlə səhər məşqi aparırmış. Hücumdan sonra yeniyetmənin digər şagirdlərə də hədə-qorxu gəldiyi, daha sonra hadisə yerindən uzaqlaşdığı, lakin sonradan geri qayıdaraq təslim olduğu qeyd olunur. 

Hadisəni törətməkdə şübhəli bilinən şəxs saxlanılıb. Faktla bağlı cinayət işi açılıb, prokurorluq tərəfindən araşdırma aparılır.

Избранный
16
azedu.az

1Источники