RU

Kirayədə qaldığı otaq yoldaşına 16 bıçaq zərbəsi vuran şəxsin məhkəməsi oldu

Bakıda kirayədə bir qaldığı otaq yoldaşını 16 bıçaq zərbəsi ilə öldürməyə cəhddə təqsirləndirilən İbrahim Əliyevin cinayət işi üzrə məhkəməsi keçirilib. 

"Unikal"ın verdiyi məlumata görə, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Roman Ələkbərlinin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxs ifadə verib. 

"Əvvəllər 126.1-ci (Qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə məhkumluğum olub. Barışıq əldə olunub. Aramızda söz mübahisəsi oldu. Yumruq atdı mənə. Məndə əlimi bıçağa atıb ona vurdum. Bizi aralayan var idi. Hadisədən bir gün sonra polisə getdim. Niyyətim onu qorxutmaq idi. Peşmanam"

Daha sonra zərərçəkmiş Xətalı Vəliyev ifadə verib. 

"Evdə 3 nəfər kirayə qalırdıq. Təqsirləndirilən şəxs İbrahim Əliyev yeni gəlmişdi. Məndən idman alətlərimi götürməyimi istədi. Birinci buna görə narazılığımız düşdü. Daha sonra o Tiktokda mahnıya baxırdı. Dedim ki onun səsini azalt. Mən onun yaxasına əl atdım. Mən ona ardıcıl yumruqlar vuranda o da bıçaq vurdu. 2-3 bıçaq zərbəsi vurdu mənə. Bundan sonra o hadisədən qaçdı getdi. Təcili yardım maşını gec gəldiyindən otaq yoldaşım məni xəstəxanaya apardı. 

Daha sonra zərərçəkmiş şəxsin ibtidai istintaqda verdiyi ifadəsi elan edilib. Məlum olub ki, təqsirləndirilən şəxs İbrahim Əliyev ona 16 bıçaq zərbəsi vurub.

Məhkəmənin növbəti iclası aprelin 14-nə təyin edilib.

Orxan Rasifoğlu

Избранный
2
9
unikal.az

10Источники