RU

Sabunçuda çökən evdə xəsarət alan qadının vəziyyəti açıqlanıb

Bakı. Trend:

Bu gün Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Gəray Əsədovküçəsində fərdi yaşayış evinin çökməsi nəticəsində xəsarət alanqadının vəziyyəti açıqlanıb.

Trend-insorğusuna cavab olaraq Respublika Təcili və Təxirəsalınmaz TibbiYardım Mərkəzi və Sabunçu Tibb Mərkəzindən bildirilib ki, bu gün03:20 radələrində Respublika Təcili və Təxirəsalınmaz Tibbi YardımMərkəzinə Bakı şəhəri, Sabunçu rayonu, G.Əsədov küçəsindən çağırışdaxil olub:

"Çağırış ünvanına təcili tibbi yardım briqadası cəlb olunub.

Təcili tibbi yardım briqadası tərəfindən 31 yaşlı şəxs (qadın)Sabunçu Tibb Mərkəzinə hospitalizasiya olunub.

Döş qəfəsinin əziyi diaqnozu təyin edilən pasiyentə zəruri tibbixidmətlər göstərilib. Vəziyyəti qənaətbəxş qiymərləndirilən şəxsambulator müalicə üçün evə buraxılıb".

Qeyd edək ki, hadisə yerində əməliyyat şəraitiqiymətləndirilərkən, torpaq uçqunu səbəbindən fərdi yaşayış evininbir hissəsinin çökməsi nəticəsində 1996-cı il təvəllüdlü HüseynovaGünel Etibar qızının müxtəlif dərəcəli bədən xəsarətləri alaraqdağıntı altında qaldığı müəyyən edilib.

Избранный
28
5
az.trend.az

7Источники