RU

Məşhur hücumçu 55 yaşında yenidən yaşıl meydanlara qayıtdı

Finlandiya futbolunun əfsanəsi sayılan Yari Litmanen 55 yaşında yenidən yaşıl meydanlara qayıdıb.

Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, o, Estoniyanın “Kalev” klubunun üçüncü komandasında (4-cü divizion) forma geyinəcək.

Sözügedən komanda “Liverpul”un və Estoniya millisinin keçmiş müdafiəçisi Raqnar Klavana məxsusdur.

Litmanen hələ 2025-ci ilin oktyabrında heyət çatışmazlığı səbəbindən “Kalev”də bir neçə oyun keçirmişdi. Həmin vaxt futbolçu meydanda öz yeniyetmə oğulları ilə birlikdə çıxış etmişdi.

Karyerası ərzində Niderlandın “Ayaks”, İspaniyanın “Barselona” və İngiltərənin “Liverpul” kimi klublarının formasını geyinən Litmanen 1995-ci ildə Amsterdam klubu ilə UEFA Çempionlar Liqasının qalibi olub.

Finlandiya yığmasında 137 oyun keçirən yarımmüdafiəçi ölkə tarixinin ən güclü futbolçusu hesab edilir.

Избранный
13
sportinfo.az

1Источники