RU

Dövlət Xidməti: 21 domen və 52 subdomen ləğv edilib

2026-cı ilin ilk rübündə “gov.az” domen məkanında optimallaşdırma və təhlükəsizlik tədbirləri gücləndirilib.

"Yeni Sabah" xəbər verir ki, bu barədə Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətindən (XRİTDX) məlumat yayıb.

Hesabat dövründə 17 domen və 123 subdomen qeydiyyata alınıb, 21 domen və 52 subdomen ləğv edilib.

Bu addımlar domen məkanının daha səmərəli idarə olunması və potensial təhlükəsizlik risklərinin azaldılması baxımından mühüm əhəmiyyət daşıyır.

Bununla yanaşı, kibertəhdid kəşfiyyatı çərçivəsində dövlət qurumlarına məxsus domenlərə bənzədilmiş 6 saxta domen aşkarlanaraq bloklanıb, 60 fişinq təyinatlı veb resursun fəaliyyəti dayandırılıb.


Telegram kanalımız
Избранный
12
3
yenisabah.az

4Источники