RU

Bu peşə sahibləri heç vaxt işsiz qalmayacaq

Əmək bazarı üzrə rusiyalı ekspert Yekaterina Aqayeva yaxın illərdə tələbatın sabit qalacağı peşələri açıqlayıb.

Far.Az xəbər verir ki, o, bu barədə "Lenta.ru"ya müsahibəsində danışıb.

Ekspertin sözlərinə görə, texnologiya sahəsində çalışan mütəxəssislər gələcəkdə də işsiz qalmayacaq. Bu sahə sürətlə inkişaf edir və şirkətlər iş proseslərinə kütləvi şəkildə süni intellekt tətbiq edir, biznes proseslərini avtomatlaşdırır.

Onun fikrincə, bu isə proqram təminatı, texniki xidmət və kibertəhlükəsizlik sahəsində peşəkar kadrlara olan tələbatı artırır.

Y.Aqayeva əlavə edib ki, mühəndislik və müxtəlif işçi ixtisasları da uzun müddət аktuallığını qoruyacaq. Bu sahələrdə hazırda kadr çatışmazlığı müşahidə olunur.

Ekspert bildirib ki, robototexnika sahəsində çalışanlar və insanlarla birbaşa ünsiyyət tələb edən peşə sahibləri də risk qrupuna daxil deyil. Bu kateqoriyaya həkimlər, tibb bacıları, psixoloqlar və digər oxşar ixtisaslar daxildir. Onun sözlərinə görə, süni intellektdə emosional zəka və empatiya kifayət qədər inkişaf etmədiyi üçün bu peşələrə ehtiyac qalacaq.

Bununla yanaşı, logistika və nəqliyyat sahəsində çalışan mütəxəssislərin də işsiz qalması gözlənilmir.

Təhsil sahəsinin isə dəyişəcəyini, lakin yox olmayacağını deyən ekspert qeyd edib ki, sürətlə dəyişən əmək bazarı səbəbindən insanların davamlı şəkildə yenidən təhsil almasına ehtiyac yaranacaq. Bu isə mentorlar, peşəkar təlimçilər və korporativ təlimçilərə olan tələbatı artıracaq.

Избранный
3
1
far.az

2Источники