RU

Xocavəndə növbəti köç karvanı yola salınıb

Bakı. TurkicWorld:

Prezident İlham Əliyevin göstərişinə əsasən, işğaldan azad olunmuş ərazilərə "Böyük Qayıdış" prosesi davam edir. Bu gün Xocavənd şəhərinə daha bir köç karvanı yola düşüb.

TurkicWorld-un Qarabağ bürosunun məlumatına görə, bu mərhələdə 33 ailənin (142 nəfərin) Xocavəndə qayıdışı təmin olunub.

Qeyd edək ki, bu mərhələ də daxil olmaqla ümumilikdə 234 ailə (904 nəfər) artıq daimi olaraq şəhərə qayıdıb. Xocavənd sakinləri həm çoxmənzilli binalarda, həm də bərpa edilmiş fərdi evlərdə məskunlaşıblar.

Избранный
2
4
turkic.world

4Источники