RU

IDF İranın Ballistik Raket Obyektini Vurmasını Təsdiqləyib

Bakı. Trend:

İsrail Müdafiə Qüvvələri (IDF) dünən İranda daha bir neft-kimyaobyektinin bombalandığını təsdiqləyib.

Trend bu barədəİsrail KİV-ə istinadən xəbər verir.

İDF məlumatına görə, həmin obyekt ballistik raketlər üçünmaterialların istehsalında istifadə olunan, hələ də fəaliyyətgöstərən azsaylı müəssisələrdən biri olub.

IDF bəyanatında qeyd edib ki, Şiraz yaxınlığındakı obyekt İransilahlı qüvvələri tərəfindən partlayıcı maddələrin hazırlanması vəballistik raketlərin inkişaf proseslərində istifadə olunan əlavəmaterialların istehsalı üçün zəruri olan maddə - azot turşusununistehsalında istifadə olunurdu.

Bundan əlavə, dünən İsrail Hərbi Hava Qüvvələri İranınşimal-qərbində yerləşən ballistik raket qüvvələrinə məxsus birobyekti də vurub. Hərbçilərin sözlərinə görə, həmin ərazidənİsrailə onlarla raket buraxılıb.

“Obyekt, raket bölməsinin əsgər və komandirlərinin oradafəaliyyət göstərərək İsrail Dövlətinə və digər ölkələrə qarşıterror fəaliyyətlərini planlaşdırdığı və həyata keçirdiyi vaxtvurulub”, – IDF qeyd edib

Qeyd edək ki, fevralın 28-də ABŞ və İsrail İrana qarşı hərbiəməliyyatlara başlayıb. Zərbələr ölkənin ən böyük şəhərlərinə, ocümlədən Tehrana endirilib. Ağ Ev hücumu İslam Respublikasındanqaynaqlanan raket və nüvə təhdidləri ilə əsaslandırıb. İranaendirilən zərbələr nəticəsində ölkənin ali rəhbəri ayətullah ƏliXamenei və rəhbərliyin bəzi digər əsas fiqurları həlak olub. İranınİnqilab Keşikçiləri Korpusu İsrailə qarşı genişmiqyaslı cavabəməliyyatı həyata keçirdiyini bəyan edib. İran eyni zamandaballistik raketlər, qanadlı raketlər və pilotsuz uçuş aparatlarıilə ABŞ-nin Bəhreyn, İordaniya, İraq, Qətər, Küveyt, BƏƏ, Oman,Səudiyyə Ərəbistanı və Suriyadakı obyektlərini hədəfə alır.

Münaqişə nəticəsində regionun enerji infrastrukturu və dəniznəqliyyatı da ciddi risk altına düşüb. Hörmüz boğazı ətrafındatəhlükəsizlik gərginliyi səbəbindən dünya bazarında neft qiymətlərikəskin artıb. İran Hörmüz boğazına nəzarəti tam şəkildə özündəsaxlayaraq sadəcə lazım bildiyi gəmilərin boğazdan keçməsinə icazəverir.

Məqalədə:
Избранный
3
az.trend.az

1Источники