RU

Tovuzda 19 yaşlı qızı qaçırmaqda şübhəli bilənən 4 nəfər saxlanılıb

Tovuzda 19 yaşlı qızı evlənmək məqsədilə qaçırmaqda şübhəli bilənən dörd nəfər saxlanılıb.

Azreform.info xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin regional qrupundan məlumat verilib.

Qeyd edilib ki, aprelin 3-də Tovuz Rayon Polis Şöbəsinə rayon sakini olan 19 yaşlı xanımın evlənmək məqsədilə zorla qaçırılması barədə məlumat daxil olub. Polis əməkdaşları qızın yerini müəyyən edərək ailəsinə təhvil verib.

Cinayət əməlini törətməkdə şübhəli bilinən rayon sakinləri - 32 yaşlı Nemət Məmmədov, onun qardaşı 34 yaşlı İsmət Məmmədov, həmkəndliləri 38 yaşlı Elmar Abdıyev və 42 yaşlı V.Tağıyeva saxlanılıb.

Faktla bağlı Cinayət Məcəlləsinin adam oğurluğu maddəsi ilə cinayət işi başlanaraq onlar cinayət məsuliyyətinə cəlb olunublar, istintaq araşdırmaları davam etdirilir.

Избранный
26
49
azreform.info

10Источники