Azpost saytına istinadən ain.az xəbər verir.
Tovuzda adam oğurluğunda şübhəli bilinən şəxslər saxlanılıb.
Azpost.info bildirir ki, bu barədə DİN mətuat xidməti məlumat yayıb.
Aprelin 3-də Tovuz Rayon Polis Şöbəsinə rayon sakini olan 19 yaşlı xanımın evlənmək məqsədilə zorla qaçırılması barədə məlumat daxil olub. Polis əməkdaşları tərəfindən keçirilən tədbirlərlə xanımın yeri qısa zamanda müəyyən edilərək ailəsinə təhvil verilib.
Cinayət əməlini törətməkdə şübhəli bilinən 4 nəfər saxlanılaraq istintaqa təhvil verilib.
Qeyd edək ki, qız qaçırma qanunla adam oğurluğu kimi qiymətləndirilir və ciddi hüquqi məsuliyyət yaradır.
AzPost.az
Paylaş
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.