RU

Vens İranla danışıqlara qoşulaBİLƏR

ABŞ-nin vitse-prezidenti J. D. Vance İranla aparılan danışıqlara qoşula bilər.

Redaktor.az xəbər verir ki, bu barədə "Politico" nəşri mənbələrə istinadən məlumat yayıb.

Məlumata görə, hazırda Tehranla qeyri-rəsmi təmaslar davam edir və bu proses birbaşa görüş mərhələsinə keçərsə, Vensin də danışıqlara qatılması ehtimal olunur.

Hazırda danışıqlara ABŞ prezidentinin xüsusi nümayəndəsi Steve Witkoff və Ağ Ev rəhbərinin kürəkəni Jared Kushner rəhbərlik edir. Bildirilir ki, əgər onlar kifayət qədər irəliləyiş əldə etsələr, Vens prosesə daha yüksək səviyyədə qoşula bilər.

Ağ Evin nümayəndəsi Anna Kelly açıqlamasında bildirib ki, ABŞ prezidenti Donald Trump güclü milli təhlükəsizlik komandası ilə çalışır və bu komanda İranla mümkün sülh razılaşmasının əldə olunması yollarını araşdırır. Onun sözlərinə görə, Vens xarici siyasət məsələlərində həmişə təsirli fiqur olub.

Qeyd olunur ki, son günlər Vensin İranla bağlı proseslərdə açıq mövqe bildirməməsi Vaşinqtonda diqqət çəkib və bəzi dairələrdə ABŞ rəhbərliyi daxilində fikir ayrılığı ilə bağlı suallar yaradıb.

NURİYYƏ

Избранный
44
1
redaktor.az

2Источники