RU

Müctəba Xamenei huşsuz vəziyyətdədir

Böyük Britaniyanın nüfuzlu nəşri “The Times” İranın ali dini lideri Müctəba Xamenei barədə diqqətçəkən məlumat yayıb.

“Yeni Sabah”ın məlumatına görə, qəzet Qərb kəşfiyyat mənbələrinə istinadən yazır ki, Xamenei hazırda ölkənin dini mərkəzlərindən biri sayılan Qum şəhərində ağır vəziyyətdə müalicə olunur. İddialara görə, o, huşsuz vəziyyətdədir və faktiki olaraq dövlət idarəçiliyində iştirak edə bilmir.

Məlumatda bildirilir ki, Xameneinin uzun müddətdir ictimaiyyət qarşısına çıxmaması da bu xəbərləri gücləndirən əsas faktorlardan biridir. Qəzet yazır ki, onun səhhəti ilə bağlı qeyri-müəyyənlik İran daxilində hakimiyyət balansı ilə bağlı sualları daha da artırır.

“The Times” qeyd edir ki, mövcud vəziyyətdə real idarəçilik rıçaqları əsasən İran İnqilab Keşikçiləri Korpusu-nun əlində cəmləşə bilər. Bu isə ölkədə formal və faktiki hakimiyyət arasında fərqin daha da dərinləşdiyini göstərir.

Eyni zamanda nəşr vurğulayır ki, Xameneinin hakimiyyətə gəlişi və onun ətrafında formalaşan siyasi mənzərə regionda yeni gərginlik ehtimallarını da artırır.

Qeyd edək ki, rəsmi Tehran bu iddialarla bağlı hələlik hər hansı açıqlama verməyib. Bu səbəbdən yayılan məlumatlar müstəqil şəkildə təsdiqlənməyib.


Telegram kanalımız
Избранный
28
yenisabah.az

1Источники