RU

Pentaqonda mühüm tədbir təxirə salındı - İrana zərbələr başlayacaq?

Pentaqonun rəhbəri Pit Heqset və ABŞ Birləşmiş Qərargah Rəisləri Komitəsinin sədri Den Keynin bu gün keçirilməsi planlaşdırılan mətbuat konfransı heç bir izahat verilmədən ləğv edilib.

Musavat.com xəbər verir ki, məlumatı The Hill qəzeti Müdafiə Nazirliyinin məlumatlarına istinadən yayıb.

Bildirilir ki, Pentaqonun əvvəllər açıqladığı 7 aprel qrafikində Heqset və Keynin ABŞ-ın İrana qarşı hərbi əməliyyatının gedişatı ilə bağlı yerli vaxtla saat 8:00-da (Bakı vaxtı ilə saat 14:00) mətbuat konfransı keçirməsi planlaşdırılırdı. Nəşrin məlumatına görə, Pentaqon heç bir izahat vermədən bunu ləğv edib.

Qeyd edək ki, martın 26-da ABŞ prezidenti Donald Tramp İranın enerji infrastrukturu obyektlərinə zərbələrin 6 aprel saat 20:00-a (7 aprel Bakı vaxtı ilə saat 03:00) qədər 10 günlük dayandırıldığını elan edib. Daha sonra ABŞ prezidenti İranla potensial müqavilənin bağlanması üçün son tarixi 24 saat uzadıb. Tramp bununla bağlı Truth Social-da heç bir izahat vermədən paylaşım etmişdi: "Çərşənbə axşamı, Şərq Sahil Vaxtı ilə saat 20:00 (8 aprel Bakı vaxtı ilə saat 03:00 - red.)."

Musavat.com

Избранный
54
5
musavat.com

10Источники