İran Silahlı Qüvvələrinin "Xatəm əl-Ənbiya" Mərkəzi Qərargahı İraq üçün Hörmüz boğazı ilə bağlı tətbiq edilən məhdudiyyətlərin ləğv olunduğunu açıqlayıb.
BAKU.WS xarici mediaya istinadən xəbər verir ki, bu qərar yalnız "dost ölkə" kimi xarakterizə edilən İraqa şamil olunur, digər hallarda isə məhdudiyyətlər qüvvədə qalır.
Qeyd edək ki, bölgədə gərginlik ABŞ və İsrailin İrana qarşı birgə hərbi əməliyyatından sonra artıb. Buna cavab olaraq İran İsrail ərazisini raket atəşinə tutub, eyni zamanda Fars körfəzində yerləşən ABŞ hərbi bazalarına zərbələr endirib.
Hadisələr fonunda regionun bir sıra ölkələri hava məkanını müvəqqəti bağlayıb.