RU

Həcc ziyarəti ilə bağlı vacib açıqlama

Həcc ziyarəti ilə bağlı sənəd qəbulu üzrə kvota artıq 95 faiz tamamlanıb.

Publika.az xəbər verir ki, bu barədə Trend-ə Qafqaz Müsəlmanları İdarəsi (QMİ) Xarici Əlaqələr şöbəsinin müdiri, Həcc elektron sistem rəhbəri Vüsal Cahangiri məlumat verib.

Onun sözlərinə görə, Həcc ziyarəti üzrə sənəd qəbulu aprel ayının ortalarına qədər aparılacaq:

"Müraciət edənlər arasında uşaqlar, eyni zamanda məşhur şəxslər də var. sənəd qəbulu başa çatdıqdan sonra ətraflı məlumat veriləcək. Həcc ziyarəti üçün ilk uçuş mayın 17-də olacaq. Həmin zəvvar qrupunda 180 nəfər olacaq. Həcc ziyarətinin qiyməti bu il üçün 6 100 ABŞ dolları, yəni 10 388 AZN təşkil edir".

Избранный
9
11
publika.az

10Источники