RU

Sərhədi ilan və timsahlar qoruyacaq – Yeni plan

Hindistan sərhəd təhlükəsizliyində qeyri-adi yanaşma müzakirəyə çıxarılıb. Musavat.com xəbər verir ki, ölkə rəsmiləri Banqladeş və Pakistanla sərhədin bəzi çətin keçilən hissələrində ilan və timsahlardan “təbii baryer” kimi istifadə imkanını araşdırır.

Söhbət əsasən çaylıq, bataqlıq və relyefi mürəkkəb olan ərazilərdən gedir. Bu zonalarda ənənəvi hasar və fiziki maneələrin qurulması ya mümkünsüz, ya da çox baha başa gəlir. Məhz buna görə alternativ üsul kimi canlı təbiət elementlərindən istifadə ideyası gündəmə gətirilib.

Bununla belə, təşəbbüs hələ ilkin mərhələdədir. Mütəxəssislər və təhlükəsizlik qurumları belə addımın yerli əhali üçün yarada biləcəyi riskləri, xüsusilə daşqın və yaşayış məntəqələrinə yaxın ərazilərdə mümkün təhlükələri ciddi şəkildə qiymətləndirirlər.

Qeyd edək ki, Hindistan–Banqladeş sərhədi 4,9 min kilometrdən çox uzanır və bəzi hissələrdə hələ də tam nəzarət altına alınmayıb. Rəsmi Dehli hazırda sərhəd boyu işıqlandırma sistemləri, müşahidə vasitələri və digər texnologiyaların tətbiqini genişləndirməklə yanaşı, alternativ təhlükəsizlik modellərini də nəzərdən keçirir.

Musavat.com

Избранный
4
1
musavat.com

10Источники