Hindistanda nəvə nənəsini maşınla vuraraq öldürüb.
İnterpress.az xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.
Hindistanda faciəli bir hadisə qeydə alınıb. Gənc oğlan avtomobili park edərkən nənəsi ona kömək edib.
Qadın qapını bağlamağa gedərkən, maşın qəfildən yamacdan sürüşərək onu divara sıxıb. Nəticədə yaşlı qadın hadisə yerində dünyasını dəyişib.
Ailə baş verən hadisəni “facəli bədbəxt hadisə” kimi qiymətləndirərək məhkəmə araşdırmasından imtina edib.
Xuraman Etibarlı
İnterpress.az